20-dən çox ukraynalı İranı tərk edərək Azərbaycana keçib

Bu gün səhər saat 5 radələrində 20 nəfərə yaxın Ukrayna vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.
Təhlil.az-ın verdiyi xəbərə görə, təxliyə qarşılıqlı razılaşmaya əsasən həyata keçirilir. "Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən keçən əcnəbi vətəndaşlar sərhədçilərin müşayiəti ilə səmimiyyətlə qarşılanır. Hər bir əcnəbi çay süfrəsinə dəvət olunur və zərurət olarsa hazır vəziyyətdə gözləyən həkim briqadası tərəfindən ilkin yardım göstərilir. Səhər saatlarından etibarən kiçik qruplar halında əslən İrandan olan Amerika və digər ölkə vətəndaşları, eləcə də 20 yaxın Ukrayna vətəndaşı da təxliyə üçün buraxılış məntəqəsinə daxil olurlar.
Onların bildirdiyinə görə səhər olmasına baxmayaraq İran tərəfdə hələ ki, keçidi gözləyən insanlar çoxdur.