Bu gün

İsrail atəşkəsə razılaşdığını elan edib

İsrail İranla atəşkəs əldə olunduğunu rəsmən elan edib.

Təhlil.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi bəyanat yayıb.

Bildirilib ki, əməliyyat məqsədlərinə nail olduqdan sonra ABŞ prezidenti Donald Trampla tam koordinasiya əsasında İranla ikitərəfli atəşkəsə razılaşıb.

“İsrail atəşkəsin istənilən pozulmasına güclə cavab verəcək”, - deyə bəyanatda qeyd edilib.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?