Bu gün
İranın XİN rəhbəri: İsraillə atəşkəs barədə razılaşma hələ yoxdur

İranın xarici işlər naziri Abbas Əraqçı ölkəsinin İsraillə atəşkəs və ya hərbi əməliyyatların dayandırılması barədə hələlik heç bir razılaşmanın olmadığını açıqlayıb.
Təhlil.az xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edərək bildirib.
Nazirin sözlərinə görə, əgər İsrail rejimi İran xalqına qarşı qanunsuz aqressiyasını Tehran vaxtı ilə saat 04:00-a qədər dayandırarsa, İran da bundan sonra cavab tədbirlərini davam etdirməyəcək.
O qeyd edib ki, hərbi əməliyyatların tam şəkildə dayandırılması ilə bağlı yekun qərar sonradan veriləcək.