Yunıstanda güclü meşə yanğınları: sakinlər kəndləri tərk edirlər

Yunanıstanın Xios adasında baş vermiş böyük meşə yanğınları nəticəsində 16 kənd və qəsəbədən əhalinin təxliyəsinə qərar verilib.
Təhlil.az xəbər verir ki, yanğının sürətlə yayılmasına səbəb kimi güclü külək göstərilir və alovun meşə sahələrindən kənd təsərrüfatı ərazilərinə, anbarlara və yaşayış evlərinin yaxınlığındakı zonalara keçdiyi qeyd edilir.
Qeyd edək ki, yanğın şənbə günü səhər saatlarında adanın mərkəzi hissəsində başlayıb və axşama doğru artıq yaşayış məntəqələrinin kənarlarına çatıb. Hadisə nəticəsində bir sıra kənd təsərrüfatı sahələri, məhsul anbarları və zeytun bağları zərər görüb. Onlarla hektar əkin sahəsi məhv olub. Hazırda ölən və ya ağır xəsarət alanların olmadığı bildirilir, lakin iqtisadi itkilərin ciddi olduğu qeyd olunur.