21 iyun
Günaşırı ac qalmaq klassik pəhrizlərdən daha effektiv şəkildə arıqlamağa kömək edir

Günaşırı ac qalmaq ənənəvi pəhrizlərdən daha effektiv şəkildə arıqlamağa kömək edir. Təhlil.az xəbər verir ki, bir gündən bir yeməkdən imtina etmək və sərbəst qidalanmaq çəki azaltmağa xüsusən təsir edir.
Alimlər bu qənaətə yüzə yaxın kliniki araşdırmanın təhlili nəticəsində gəliblər. Əksəriyyəti artıq çəkidən və ya xroniki xəstəliklərdən əziyyət çəkən altı mindən çox orta yaşlı şəxs bu təcrübədə iştirak edib. Müxtəlif üsullarla yanaşı, günaşırı ac qalmaq digər variantlara nisbətən çəki azaltmaqda daha effektiv sayılıb. Bununla yanaşı, alimlər xəbərdarlıq edirlər ki, bu üsula baş vuranlar ilk olaraq, həkimə müraciət etməli və həkim nəzarəti altında günaşırı ac qalmalıdırlar.
Hikmət Həsənov
Bu gün