21 iyun

Putin: “Rusiya İranın kütləvi qırğın silahları əldə etməsinə qarşıdır”

Rusiya kütləvi qırğın silahlarının yayılmasının, o cümlədən İranın onları əldə etməsinin əleyhinədir. Təhlil.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
O, əlavə edib ki, Rusiya dinc nüvə enerjisinin inkişafında İrana dəstək verməyə hazırdır. Onun sözlərinə görə, İranın nüvə texnologiyasından dinc məqsədlər üçün istifadə etmək hüququ var. Rusiya prezidenti qeyd edib ki, MAQATE-də İranın nüvə silahı yaratmağa cəhd etməsi barədə məlumat yoxdur.

Hikmət Həsənov

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?