29 may

Müəllim azyaşlının başına su qabı ilə zərbə endirdi - VİDEO

Lənkəran şəhərində yerləşən “Kaspi kids” məktəbəqədər hazırlıq kursunda müəllim azyaşlı şagirdə şiddət göstərib.

Təhlil.az xəbər verir ki, yayılan görüntüdə müəllim uşağı qəfil yerindən qaldırır, ardından su qabı ilə başına zərbə endirir.

Məlumata görə, hadisə nəticəsində uşaq baş nahiyəsindən xəsarət alıb.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan sorğuya  cavab olaraq bildirilib ki, hazırda məsələ ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır:

“Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizadan keçirilməsi təmin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək”. (qafqazinfo) 

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?