Bu gün
Azərbaycanda orta aylıq pensiya 596 manata çatıb

Yanvar-avqust aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 222 milyon manat vəsait yönəldilib.
Təhlil.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb: “1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 596 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 634 manata çatıb”.
Qeyd edilib ki, yanvar-avqust aylarında 26 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 205 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.