Futbol üzrə Azərbaycan Kubokunun püşkü atıldı

Bu gün Azərbaycan Kubokunda 2026/27-cı illər mövsümünün püşkatma mərasimi keçirilib.
Tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, icraçı-direktoru Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, komandaların nümayəndələri, jurnalistlər iştirak ediblər.
Püşkün atılmasında xüsusi qonaq olaraq ölkənin ən titullu futbolçularından biri, Azərbaycan millisinin sabiq üzvü, hazırda 21 yaşadək futbolçulardan ibarət milli komandada məşqçi kimi çalışan Qara Qarayev də iştirak edib.
Tədbirdə I və II təsnifat mərhələlərinin, həmçinin 1/8 finalın püşkü atılıb. Bu mərhələlərin oyunları bir görüşdən ibarət olacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunda I təsnifat mərhələsinin oyunları 7-8 oktyabr tarixində baş tutacaq.
Azərbaycan kuboku
1-ci təsnifat mərhələsi
1. “Marafon” – “Dinamo”
2. “Qaradağ Lökbatan” – “Şəki”
3. “Şirvan” – “Kür-Araz”
4. “Ağdaş” – “Hypers”
5. “Şəmkir” – “Ağstafa Gəncləri”
6. “Difai” – “Zəngəzur”
2-ci təsnifat mərhələsi
7. “Şimal” – “Araz-Naxçıvan”
8. 1-ci cütün qalibi – “Zaqatal”
9. “İmişli” – 2-ci cütün qalibi
10. 3-cü cütün qalibi – “Sumqayıt”
11. “Qəbələ” – “Mingəçevir”
12. MOİK – “Şahdağ Qusar”
13. “Xankəndi” – “Gəncəbasar”
14. 4-cü cütün qalibi – “Şamaxı”
15. “Şəfa” – 5-ci cütün qalibi
16. 6-cı cütün qalibi – “Karvan-Yevlax”
17. “Səbail” – “Zirə”
18. “Kəpəz” – “Baku Sportinq”
1/8 final
19. 7-ci cütün qalibi – 8-ci cütün qalibi
20. “Sabah” – 9-cu cütün qalibi
21. 10-cu cütün qalibi – “Qarabağ”
22. 11-ci cütün qalibi – 12-ci cütün qalibi
23. 13-cü cütün qalibi – 14-cü cütün qalibi
24. “Neftçi” – 15-ci cütün qalibi
25. 16-cı cütün qalibi – 17-ci cütün qalibi
26. “Turan Tovuz” – 18-ci cütün qalibi