Bu gün

Los-Ancelesdə helikopter qəzaya uğrayıb, ölənlər var

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində helikopterin qəzaya uğraması nəticəsində azı üç nəfər ölüb, bir nəfər xəsarət alıb.

Təhlil.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı məlumat yayıb.

Məlumata əsasən, hava gəmisi yerli KİV-lərdən birinə məxsus ola bilər. Hadisənin səbəbləri hələlik məlum deyil.

Qeyd olunub ki, helikopter sentyabrın 15-də Los-Anceles şəhərinin ətrafında baş vermiş böyük yol qəzasının baş verdiyi ərazinin yaxınlığında yerə düşüb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?