Bu gün
Azərbaycan neftinin qiyməti 128 dolları keçib

İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,74 ABŞ dolları və ya 0,58 faiz artaraq bir barel üçün 128,03 ABŞ dollarına çatıb.
Təhlil.az xəbər verir ki, bu barədə neft bazarı iştirakçılarının məlumatında bildirilib.
Qeyd olunub ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,74 ABŞ dolları və ya 0,61 faiz artaraq 122,45 ABŞ dolları təşkil edib.