Bu gün

Təbrizdən Bakıya gələn sərnişinlərin baqajından minlərlə dərman və siqaret aşkarlandı

Təbriz–Bakı aviareysi ilə gələn üç Azərbaycan vətəndaşının baqajında gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri və siqaretlər aşkar edilib.

Təhlil.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində 3 fakt üzrə qanun pozuntusu müəyyən edilib.

Sərnişinlərin baqajlarına stasionar rentgen qurğusunda baxış keçirilərkən şübhəli təsvirlər müşahidə olunub.

Yoxlama zamanı hər üç vətəndaşa məxsus baqajlardan gömrük nəzarətindən gizlədilən 12 440 ədəd həb, 4 066 ədəd kapsul, 162 ədəd və 41 qutu maye məhlul, 120 paket toz halında məhlul, 70 ədəd şam, 2 qutu iynə, 58 qutu və 613 ədəd maz, 1 qutu gel, həmçinin 4 460 ədəd siqaret aşkar olunub.

Faktlarla bağlı araşdırma aparılır.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?