Bu gün

Sabahdan Bakı metrosunda intervallar azaldılacaq

Bakı Metropoliteni" QSC-də texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endirilir.

Təhlil.az xəbər verir ki, qurumdan verilən məlumata əsasən,Qırmızı xətt üzrə sentyabrın 15-dən etibarən "İçərişəhər–Əhmədli" mənzilində pik saatlarda 2 dəqiqəlik intervalla hərəkət edəcək.

Yaşıl xətt üzrə zərurət yarandıqda interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə qədər azaldılacaq.

Bənövşəyi xətt üzrə payız-qış qrafikinə keçidlə "Avtovağzal–8 Noyabr" sahəsində 5 dəqiqə, "Xocəsən–Avtovağzal" sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunur.

Yeni tədris ilində bütün xətlər üzrə sərnişin axını nəzarətdə saxlanılacaq, ehtiyac olduqda əlavə tənzimləmələr aparılacaq.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?