Şahbaz Şərif oktyabr ayında Azərbaycana səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif oktyabr ayında Azərbaycana səfər edəcək.
Təhlil.az xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin məlumat verib.
Səfir bildirib ki, Şahbaz Şərif Bakıda keçiriləcək növbəti CICA Sammitində iştirak etmək üçün Azərbaycana gələcək.
Qasım Mohiuddin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərini yüksək qiymətləndirib və Pakistanın bu prosesə töhfə verməyə hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, Pakistan texniki komandaları, tikinti şirkətləri, müəllimləri və həkimləri vasitəsilə Azərbaycana dəstək göstərə bilər.
Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatdan 150 nümayəndə iştirak edir.