Bu gün
Kəlbəcər və Laçında 4 su elektrik stansiyası ilin sonunadək işə salınacaq

Kəlbəcər və Laçında inşa olunan 4 kiçik su elektrik stansiyasının bu ilin sonunadək istismara verilməsi planlaşdırılır.
Təhlil.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə V Enerji Forumunda bildirib.
Nazirin sözlərinə görə, Kəlbəcərdə 240 MVt gücündə külək elektrik stansiyası layihəsi üzrə ölçmə və qiymətləndirmə işləri aparılır. Eyni zamanda, türkiyəli investorlarla Naxçıvanda 1000 MVt gücündə günəş elektrik stansiyalarının yaradılması imkanları nəzərdən keçirilir.
Pərviz Şahbazov Azərbaycanın “təmiz enerji” gələcəyinə gedən yolda Türkiyəni ən yaxın və etibarlı tərəfdaşı hesab etdiyini vurğulayıb. O, enerji keçidində rəqəmsallaşma və süni intellektin rolunun artdığını qeyd edib.