Bu gün

Şəfiqə Məmmədova AKİ-yə sədr seçildi

Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilib.

Təhlil.az xəbər verir ki, seçki bu gün Nizami Kino Mərkəzində baş tutan konfransda olub.

Qeyd edək ki, AKİ-nin sədri, Xalq artisti Rasim Balayev bu il martın 29-da vəfat edib. Bundan sonra AKİ sədrinin səlahiyyətlərini 81 yaşlı Şəfiqə Məmmədova icra edib.