Bu gün
Sentyabr pensiyaları ödənildi

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları bu gün ödənilib.
Təhlil.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında isə sentyabr pensiyaları sentyabrın 8-də ödənilib.
Digər bölgələrdə yaşayan, eləcə də güzəştli şərtlərlə pensiya alan şəxslərin sentyabr pensiyaları da bu ay ərzində qrafikə uyğun veriləcək.