Bu gün
Azərbaycanın valyuta ehtiyatları 90 milyard dolları keçib

Bu il sentyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard 769,7 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,7% çoxdur.
Avqustda ölkənin strateji valyuta ehtiyatları 3,955 milyard ABŞ dolları və ya 4,55% artıb.
Qeyd edək ki, 2026-cı ilin ilk 6 ayında Azərbaycanın strateji valyuta ehtiyatları 700 milyon manat və ya 0,8% ABŞ dolları artaraq 85,8 milyard ABŞ dolları olub.
Bu gün
Bu gün