Bu gün
Xocalıda mina partladı: ANAMA əməkdaşı xəsarət aldı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) minatəmizləmə zamanı xəsarət alan əməkdaşının vəziyyəti qənaətbəxşdir.
Təhlil.az xəbər verir ki, ANAMA-dan verilən məlumata əsasən, agentliyin əməkdaşı 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu işğaldan azad edilmiş Xocalı rayonunun Daşkənd kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Hadisə nəticəsində Həsənov Anar sol ayağından xəsarət alıb.
Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib.
Vəziyyəti qənaətbəxşdir.
Bu gün
Bu gün