Bu gün
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçiriləcək

Sentyabrın 11-də Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçiriləcək.
Təhlil.az xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Forum çərçivəsində iki ölkənin İşçi Qruplarının fəaliyyəti, karbohidrogen və neft-kimya sənayesi, bərpa olunan enerji, enerji səmərəliliyi, tənzimləmə, mədənçilik və digər sahələr üzrə müzakirələrin aparılması planlaşdırılır.
Həmçinin, ötən dövr ərzində həyata keçirilən layihələr, əldə olunan nəticələr və qarşıda duran məsələlər nəzərdən keçiriləcək.
Qeyd edək ki, Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu ötən ilin sentyabr ayında Türkiyənin İzmir şəhərində keçirilib.