Bu gün
1000-dən çox ataya ödənişli məzuniyyət verilib

Artıq 415 işəgötürən tərəfindən 1126 işçiyə uşağının doğulması ilə bağlı ödənişli atalıq məzuniyyəti verilib.
Təhlil.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilir. Bu məzuniyyət uşağın doğulmasından əvvəl və sonrakı dövrləri əhatə edir.
Məzuniyyətin verilməsi üçün işçi uşağının doğulması ilə əlaqədar müvafiq tibb müəssisəsinin arayışını işəgötürənə təqdim edir.
Bundan sonra işəgötürən tərəfindən işçiyə ödənişli atalıq məzuniyyəti verilir. Bu barədə əmr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində elektron qaydada formalaşdırılır.