Gələn ilin sonuna 11 yeni enerji stansiyası şəbəkəyə qoşulacaq

2027-ci ilin sonuna qədər 11 yeni enerji stansiyasının şəbəkəyə qoşulması gözlənilir.
Təhlil.az xəbər verir ki, bunu report-a açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin sədri Cavid Abdullayev deyib.
Onun sözlərinə görə, yəgin ki, Biləsuvar Günəş Elektrik Stansiyasının ilin sonuna qədər istismara verilməsi istiqamətində, ən azı şəbəkəyə qoşulması ilə bağlı işlərin yekunlaşması istiqamətində intensiv işlər davam etdiriləcək:
"Neftçala Günəş Elektrik Stansiyası ilə bağlı işlər gələn il yekunlaşacaq. Hərrac nəticəsində Çin şirkətinin qalib gəldiyi stansiyanın yaxın zamanlarda istismara verilməsi planlaşdırılır. Layihənin qısa müddətdə başa çatdırılması hədəflənir.".
O qeyd edib ki, eyni zamanda, yerli şirkətlər iki stansiyanı Naxçıvanda inşa edirlər: "Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində həmin stansiyalarda gedişatla tanış olub, aidiyyəti tapşırıqlarını verib. Eyni zamanda, bizim Cəbrayılda da iki ədəd 50 meqavatlıq günəş elektrik stansiyamız var və onlarda da intensiv iş davam etdirilir. Hesab edirik ki, 2027-ci ilin sonuna qədər qarşımıza qoyulan 11 stansiya və təqribən 2 giqavata yaxın güc şəbəkəyə qoşulacaq".