Dünən
M2 nömrəli ekspreslərdə sərnişinlər artıq iki qapıdan minəcək

M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb.
Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, metronun "İnşaatçılar”, “Nizami” və "28 May" stansiyaları arasında fəaliyyət göstərən M2 nömrəli ekspres marşrutda da yenilik tətbiq edilib.
Sərnişinlərin minməsi prosesini sürətləndirmək və gözləmə müddətini azaltmaq məqsədilə ekspres avtobuslara ikinci oxuma cihazı (validatorlar) quraşdırılır. Bununla da sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola bilərlər.
Xatırladaq ki, bu təcrübə daha əvvəl M1 nömrəli ekspres marşrutda sınaqdan keçirilib.
Dünən