Bu gün
19 aptekdə nöqsanlar aşkarlanıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən avqust ayında 70 aptekdə yoxlama həyata keçirilib.
Təhlil.az xəbər verir ki, bu barədə AEM-dən bildirib.
Bildirilib ki, bu yoxlamalardan 48-i Bakı şəhərində, 22-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.
Yoxlamaların 51-i planlı, 16- sı plandankənar və 3-ü yoxlamadan kənar olub:
"Aparılmış yoxlamalar nəticəsində 19 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb. Bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müavfiq maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib".
Bu gün