Bu gün

Azərbaycandan Ermənistana növbəti tədarük

Azərbaycandan Ermənistana növbəti tədarük həyata keçirilib.

Təhlil.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən verilən məlumata əsasən,  17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 55 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 334 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.