Bu gün

Azad edilmiş ərazilərdə 298 min hektardan çox sahə minalardan təmizlənib

44 günlük Vətən müharibəsindən sonra ANAMA və digər qurumlar tərəfindən azad edilmiş ərazilərdə 298 min hektardan çox sahə minalardan təmizlənib, 260 mindən çox mina və digər partlayıcı sursat zərərsizləşdirilib.

Təhlil.az xəbər verir ki, ANAMA sədri Vüqar Süleymanovun sözlərinə görə,  bu işlər yolların, kəndlərin, elektrik xətlərinin və kənd təsərrüfatı sahələrinin istifadəyə qaytarılmasına, eləcə də insanların doğma torpaqlarına qayıdışına şərait yaradır.

2020-ci ilin noyabrından indiyədək yaşayış infrastrukturu üçün 103 min hektardan çox ərazi xüsusi olaraq təmizlənib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?