Azərbaycanda itkin düşmüş şəxslərlə bağlı STATİSTİKA

Birinci və İkinci Qarabağ müharibələri ilə əlaqədar 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır.
Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 31 avqust 2026-cı il tarixinə olan məlumatlarında bildirilib.
Məlumata görə, itkin düşmüş şəxslərin 4 004-ü Birinci Qarabağ müharibəsi, 6-sı isə İkinci Qarabağ müharibəsi ilə bağlıdır.
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 004 şəxsin 3 222-si hərbi qulluqçu, 782-si mülki şəxsdir.
Mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 ahıl var.
Dövlət Komissiyasının məlumatına əsasən, axtarış və ekshumasiya işləri nəticəsində indiyədək 910 insan qalığı aşkar edilərək ekshumasiya olunub. Onlardan 5-i 2026-cı ilin avqustunda, 79-u isə cari ilin yanvar-avqust aylarında aşkar edilib.
Eyni zamanda, DNT və məhkəmə-tibbi üsullarla 328 itkin düşmüş şəxsin kimliyi müəyyən edilib. Onlardan 57 nəfərin kimliyi 2026-cı ilin yanvar-avqust aylarında müəyyənləşdirilib.
Kimliyi müəyyən edilən şəxslərdən 267-nin qalıqları ailələrinə təhvil verilərək dəfn olunub. Bu göstəricinin 21-i avqust ayında, 64-ü isə 2026-cı ilin ilk səkkiz ayında qeydə alınıb.
Hazırda işğaldan azad edilmiş ərazilərdə 32 kütləvi dəfn yeri aşkar edilib.
Beləliklə, 3 682 nəfər hələ də itkin düşmüş hesab olunur.
Qeyd edilib ki, Dövlət Komissiyası itkin düşmüş şəxslərin axtarılması, insan qalıqlarının aşkar edilərək ekshumasiya olunması, identifikasiyası və ailələrinə təhvil verilməsi istiqamətində fəaliyyətini davam etdirir.