Bu gün

Xocavənddə iki kəndin giriş yolları tikilir

Qarabağda rayonları birləşdirən iri yol layihələri ilə yanaşı, kənd yollarının da yenidən qurulması davam edir.

Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, Xocavənd rayonunda Quzeyxırman və Sos kəndlərinin giriş yolları tikilir.

Yeni yollar kəndlərin nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına və rahat gediş-gəlişin təmin olunmasına xidmət edir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?