Bu gün

Universitetlərdə 1 012 plan yeri boş qaldı

Bu il ali təhsil müəssisələrində boş qalan plan yerlərinin sayı açıqlanıb.

 Bu barədə məlumat "Abituriyent" jurnalının 7-ci buraxılışında qeyd olunub.

Belə ki, I ixtisas qrupu üzrə dövlət ali təhsil müəssisələrində 525, özəl ali təhsil müəssisəsində 8; II ixtisas qrupu üzrə dövlət ali təhsil müəssisələrində 293, özəl ali təhsil müəssisələrində 64; III ixtisas qrupu üzrə dövlət ali təhsil müəssisəsində 5; IV ixtisas qrupu üzrə dövlət ali təhsil müəssisələrində 324, özəl ali təhsil müəssisələrində 83 plan yeri boş qalıb.

Beləliklə toplam 1 012 plan yeri üzrə 28 199 abituriyent mübarizə aparacaq

Xatırladaq ki, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 87 146 nəfər iştirak edib. Onlardan 58 947 nəfəri (o cümlədən 4 215 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?