Bu gün

Azərbaycanda qadınlar kişilərdən daha çox yaşayır

Azərbaycanda 2025-ci ildə doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 74.9 il, qız uşaqları üçün isə 79.3 il olub.

Təhlil.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü illə müqayisədə göstərici oğlanlarda 0.4 il, qızlarda isə 0.1 il artıb.

Belə ki, 2025-ci ildə doğulan qızların gözlənilən ömür uzunluğu oğlanlarla müqayisədə 4.4 il daha çox olub.

Müqayisə üçün, 2000-ci ildə doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 68.6 il, qız uşaqları üçün isə 75.1 il təşkil edib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?