Bu gün

Güclü külək qatarların hərəkətinə təsirsiz ötüşmədi

Güclü külək Abşeron dairəvi xətti üzrə bəzi qatarların hərəkətində gecikməyə səbəb olub.

Təhlil.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin açıqlamasına əsasən, Abşeron yarımadasında müşahidə olunan güclü külək səbəbindən bu gün səhər saatlarında elektrik enerjisinin təchizatında yaranan kəsinti Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bəzi qatarların hərəkətində qısamüddətli gecikmələrə səbəb olub.

Bildirilib ki, hazırda nasazlıq aradan qaldırılıb və qatarlar qrafikə uyğun hərəkətini davam etdirir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?