Bu gün
Bakıda tozun miqdarı normadan artıqdır

Bakıda və Abşeron yarımadasında tozlu hava müşahidə olunur.
Təhlil.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasovanın mediaya açıqlamasına əsasən, avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır.
“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır. Tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir”, - deyə əlavə edib.
24 iyul
24 iyul