Bu gün

Təcili tibbi yardıma cəlb edilən motosikletlərlə bağlı detallar açıqlanıb

Xəbər verdiyimiz kimi, Bakıda təcili tibbi yardım xidmətinin operativliyinin artırılması məqsədilə motosikletlərdən istifadə olunacaq.

Təhlil.az xəbər verir ki, TƏBİB-in məlumatına əsasən, “Ambucycle” adlandırılan yeni xidmət modeli ilkin olaraq 10 motosikletlə mərhələli şəkildə tətbiq ediləcək.

Xüsusi hazırlıq keçmiş feldşerlərin idarə edəcəyi motosikletlər xüsusilə nəqliyyatın sıx olduğu ərazilərdə təcili tibbi yardıma ehtiyacı olan şəxslərə daha qısa müddətdə çatmağa imkan verəcək.

Xidmətin nəticələri qiymətləndirildikdən sonra onun əhatə dairəsinin mərhələli şəkildə genişləndirilməsi nəzərdən keçiriləcək.

TƏBİB-dən bildirilib ki, “Ambucycle” xidmətində motosikleti idarə edən şəxs təcili tibbi yardım üzrə xüsusi hazırlıq keçmiş feldşerdir.

Qeyd olunub ki, xidmət modeli üçün seçilən əməkdaşlar əlavə hazırlıq təlimləri keçiblər. Onlar ilkin tibbi yardım və müdaxilə bacarıqlarına, həmçinin motosikleti təhlükəsiz idarə etmək üçün müvafiq sürücülük vəsiqəsinə malikdirlər.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?