Bakı əsəb xəstələrinin sayına görə birinci yerdədir

Azərbaycanda əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri ilə bağlı qeydiyyatda olan şəxslərin sayı 323 min nəfəri ötüb.
Təhlil.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin əvvəlinə aid rəsmi statistika əsasında ölkədə əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri üzrə rayonlar arasında mövcud vəziyyəti təhlil edib.
Ölkə üzrə qeydiyyatda olan 323 775 nəfərin 139 334-ü Bakı şəhərinin payına düşür. Bu göstərici ilə paytaxt ölkə üzrə açıq fərqlə ilk yerdə qərarlaşıb.
Bakı rayonları arasında isə vəziyyət belədir:
Sabunçu – 25 249 nəfər
Xətai – 23 715 nəfər
Yasamal – 15 752 nəfər
Binəqədi – 15 124 nəfər
Suraxanı – 12 753 nəfər
Xəzər – 12 925 nəfər
Səbail – 11 424 nəfər
Nizami – 8 060 nəfər
Nəsimi – 5 350 nəfər
Qaradağ – 5 080 nəfər
Nərimanov – 3 855 nəfər
Pirallahı – 47 nəfər