Bu gün

Azərbaycan neftinin qiyməti 99 dollara çatdı

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,82 ABŞ dolları və ya 5,13 faiz artaraq bir barel üçün 98,73 ABŞ dolları təşkil edib.

Təhlil.az xəbər verir ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 4,82 dollar və ya 5,36 faiz bahalaşaraq 94,81 dollar olub.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,83 dollar və ya 8,6 faiz artaraq bir barel üçün 60,97 dollara çatıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 5,18 dollar və ya 5,95 faiz artaraq bir barel üçün 92,19 dollara çatıb.

Qeyd edək ki, Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.

 

 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?