Azərbaycan nefti bahalaşıb

İtaliyanın Auqusta limanında CIF bazasında Azərbaycanın Azeri Light markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,32 ABŞ dolları və ya 0,4 faiz artaraq bir barel üçün 86,83 ABŞ dolları təşkil edib.
Təhlil.az xəbər verir ki, Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftinin qiyməti 0,03 ABŞ dolları və ya 0,04 faiz artaraq bir barel üçün 83,18 ABŞ dollarına çatıb.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,49 ABŞ dolları və ya 0,9 faiz azalaraq bir barel üçün 51,18 ABŞ dolları olub. Şimal dənizində hasil olunan Dated Brent markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,34 ABŞ dolları və ya 0,4 faiz enərək bir barel üçün 82,22 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.