Bu gün

Azərbaycan nefti bahalaşıb

İtaliyanın Auqusta limanında Azərbaycanın Azeri Light markalı neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,22 ABŞ dolları və ya 6,4 faiz artaraq bir barel üçün 86,51 ABŞ dolları təşkil edib.

Təhlil.az xəbər verir ki, Türkiyənin Ceyhan limanında Azərbaycanın Azeri Light markalı neftinin FOB bazasında qiyməti 4,79 ABŞ dolları və ya 6,1 faiz artaraq bir barel üçün 83,15 ABŞ dollarına çatıb.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,74 ABŞ dolları və ya 10,1 faiz artaraq bir barel üçün 51,67 ABŞ dolları təşkil edib.

Şimal dənizində hasil olunan Dated Brent markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 5,24 ABŞ dolları və ya 6,8 faiz artaraq bir barel üçün 82,56 ABŞ dollarına yüksəlib. 

 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?