Bu gün
Azərbaycanla Ekvador arasında viza tələbi ləğv edilib

Azərbaycanla Ekvador arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri vizadan azad ediliblər.
Təhlil.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi qanunda öz əksini tapıb.
Qanunun mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Sənədə əsasən, 2026-cı il mayın 4-də Kito şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.
Bu gün
Bu gün