Bu gün

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycanda əhalinin sayı artıb.

Təhlil.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 7987 nəfər (0,1 faiz) artaraq 2026-cı il may ayının 1-i vəziyyətinə 10 270 338 nəfərə çatıb.

Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.