10 iyun

Azərbaycanda orta əməkhaqqı artıb

Azərbaycanda 2026-cı ilin yanvar-aprel ayları üzrə orta aylıq nominal əməkhaqqı 1 172,1 manat olub.

Təhlil.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə artım hesab olunur. Belə ki, bu rəqəm ötən ilin yanvar-aprel aylarının göstərcisinə nisbətən 6,5 faiz coxdur.

Qeyd edək ki, bu dövr ərzində əhalinin nominal gəlirləri 37699,8 milyon manat olub.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?