18 may

Azərbaycan Ermənistana 9,6 milyon dollarlıq məhsul satdı

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Ermənistana 9 milyon 646 min ABŞ dolları dəyərində mal ixrac edib.

Təhlil.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bunun 3,889 milyon dollarlıq hissəsi aprel ayının payına düşüb.

4 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 960 ABŞ dolları təşkil edib. Ötən ay bu ölkədən idxal olmayıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?