23 aprel

Bakı metrosunda qatarların hərəkəti tam bərpa olunub

Bakı metrosunda qatarların hərəkəti tam bərpa olunub.

Təhlil.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Qeyd edilib ki, sistem tam gücü ilə fəaliyyət göstərir:

"Bütün xətlər üzrə hərəkət stabil təşkil edilir. Qatarlar mövcud texniki imkanlar çərçivəsində ən sıx qrafiklə işləyir. Texniki sistemlər üzərində nəzarət gücləndirilib, monitorinq fasiləsiz davam edir".