20 aprel

"AtaSığorta"nın lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Sığorta fəaliyyəti haqqında" qanunun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında "AtaSığorta" ASC-yə verdiyi 10 noyabr 2009-cu il tarixli, 000300 nömrəli lisenziyanı ləğv edib.

Təhlil.az xəbər verir ki, bu barədə AMB-dən bildirilib.

Məlumata görə, Cəmiyyətin lisenziyasının ləğvi sığorta sektorunun maliyyə dayanıqlılığı və sabitliyinə heç bir təhdid yaratmır. Ləğvetmə prosesi qanunvericilik çərçivəsində nəzarətdə saxlanılacaq.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?