02 yanvar
Yəməndə hava əməliyyatı: onlarla yaralı var

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə hava əməliyyatı keçirib, ölən və yaralananlar var.
Təhlil.az xəbər verir ki, koalisiyanın Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi Cənubi Keçid Hökumətinin qüvvələrinə endirdiyi hava zərbələri nəticəsində azı 7 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
Məlumata görə, hava hücumları Əl-Xasah ərazisində yerləşən hərbi düşərgəni hədəf alıb. Zərbələrin konkret hansı səbəbdən endirildiyi ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Cənubi Keçid Hökumətini dəstəkləyən Birləşmiş Ərəb Əmirlikləri bir neçə gün əvvəl Yəməndəki hərbi mövcudluğunu dayandırdığını elan etmişdi. Baş verən hadisə isə ölkədəki mürəkkəb hərbi-siyasi balans fonunda yeni gərginlik mərhələsi kimi qiymətləndirilir.
Bu gün