02 yanvar
200 miqrantı daşıyan qayıq aşıb

Qambiya sahillərində təxminən 200 miqrantı daşıyan qayığın aşması nəticəsində ən azı yeddi nəfər ölüb, onlarla insan itkin düşüb.
Təhlil.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları bildiribş
Məlumata əsasən, Miqrantlar Avropaya çatmağa çalışır və İspaniyanın Kanar adalarına gedirdilər.
Faciəvi hadisə çərşənbə günü gecə yarısı Şimal Sahil bölgəsində baş verib.
Qambiya Müdafiə Nazirliyinin açıqlamasına görə, qayıq daha sonra qum sahilində tapılıb.
İndiyə qədər 96 nəfər xilas edilib və qalan sərnişinlərin axtarışı davam edir. Xilas edilənlərdən on nəfərin vəziyyəti ağırdır. Axtarış-xilasetmə əməliyyatı Qambiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri və kömək üçün gələn balıqçı gəmisi tərəfindən həyata keçirilir.
Bu gün