24 dekabr

Uiteker: Ukrayna üzrə dörd əsas sənəd müzakirə olunur

Ukrayna böhranının nizamlanması ilə bağlı danışıqlarda dörd əsas sənəd üzərində iş davam edir. Təhlil.az xəbər verir ki, bunu ABŞ-nin NATO yanında daimi nümayəndəsi Metyu Uiteker deyib. Onun sözlərinə görə, müzakirə olunan sənədlərbunlardır:

– 20 maddəlik sülh planı;

– çoxtərəfli təhlükəsizlik zəmanətləri;

– ABŞ-nin xüsusi təhlükəsizlik zəmanətləri;

– sülhdən sonra iqtisadi artım və rifah planı.

Uiteker bildirib ki, sənədlər real vaxt rejimində müzakirə olunur və tərəflər Ukraynanın mövqeyini aydın anlayır.