Bu gün

Orban: “Bu qərar Avropanı müharibəyə yaxınlaşdırır”

Macarıstanın Baş naziri Viktor Orban Avropa Şurasının Ukraynaya 90 milyard avroluq kredit ayırmasını tənqid edərək, bu qərarı “pis addım” adlandırıb və onun Avropanı müharibəyə daha da yaxınlaşdırdığını bildirib.

Təhlil.az xəbər verir ki, Orbanın sözlərinə görə, Ukraynanın bu kredit vəsaitini geri qaytarmaq imkanı yoxdur və nəticədə maliyyə yükü kreditdə iştirak edən ölkələrin üzərinə düşəcək.

Baş nazir vurğulayıb ki, bu vəziyyət Avropa dövlətləri üçün əlavə risklər yaradır.

O, həmçinin bildirib ki, Macarıstan, Slovakiya və Çexiya kredit mexanizmində iştirak etməyəcək. Orbanın sözlərinə görə, Budapeşt veto hüququndan imtina edib, lakin əvəzində kredit üzrə maliyyə öhdəliklərindən kənarda qalmaqla bağlı razılıq əldə edib.

Baş nazir əlavə edib ki, Avropada dondurulan Rusiya aktivlərinin Ukraynaya “reparasiya krediti” kimi yönəldilməsi daha ciddi nəticələrə gətirib çıxara bilər və bunun “faktiki olaraq müharibə demək olduğunu” qeyd edib.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?