Bu gün

Fransa polisi mədəniyyət nazirinin mənzillərində və ofisində axtarışlar aparıb

Fransa polisi korrupsiya işi üzrə aparılan istintaq çərçivəsində ölkənin mədəniyyət naziri Raşida Datinin mənzillərində və ofisində, həmçinin Paris şəhərinin 7-ci dairəsinin meriyasında axtarışlar həyata keçirib.

Təhlil.az xəbər verir ki, istintaq 2025-ci il oktyabrın 14-də “aktiv və passiv korrupsiya, nüfuzdan sui-istifadə, dövlət vəsaitlərinin mənimsənilməsi” maddələri üzrə başlanıb. İstintaqın versiyasına əsasən, Raşida Dati 2009–2019-cu illərdə Avropa Parlamentinin deputatı olduğu dövrdə “GDF Suez” şirkətindən 299 min avro məbləğində qonorar alıb, lakin bu gəlirlə bağlı Avropa Parlamentinə rəsmi bəyannamə təqdim etməyib.

Eyni zamanda qeyd olunur ki, 2021-ci ildə Datinin barəsində daha bir korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə işi açılıb. Həmin istintaq 2009–2011-ci illərdə onun “Renault–Nissan” avtomobil konserninin o zamankı rəhbəri Karlos Qona göstərdiyi məsləhət xidmətləri ilə əlaqələndirilir.

Hazırda istintaq tədbirləri davam etdirilir.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?