Bu gün
Meloni: Aİ Rusiyanın digər ölkələrdəki dondurulmuş aktivlərinə də diqqət yetirə bilər

İtaliyanın Baş naziri Corcia Meloni Rusiyanın dondurulmuş aktivləri məsələsində diqqətin təkcə Belçikada saxlanılan vəsaitlərə deyil, digər ölkələrdə olan aktivlərə də yönəldilməsini təklif edib.
Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, əgər Rusiya aktivlərindən istifadə ilə bağlı qərar qəbul edilərsə, diqqəti yalnız “Euroclear” üzərində cəmləmək məqsədəuyğun deyil, çünki tərəfdaş ölkələrin maliyyə sistemlərində də Rusiya aktivləri mövcuddur.
Meloni vurğulayıb ki, bu məsələ ilə bağlı yekun qərarı Aİ liderləri qəbul etməlidir.