Bu gün

Slovakiya Baş nazirinin təyyarəsi hava limanında zədələnib

Avropa İttifaqı sammitinə gələn Slovakiya Baş naziri Robert Fikonun təyyarəsi Brüssel hava limanında zədələnib. Təhlil.az xəbər verir ki, bu barədə Baş nazir Feysbuk səhifəsində yazıb.

“Brüsseldəki mürəkkəb sammit pis başladı. Hava limanında rampa yük maşını təyyarəmizə o qədər zərər vurdu ki, uçuş üçün yararsız hala düşdü”, - deyə yazıda bildirilir.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?